“AzerGold” şirkəti Bakıya həsr olunmuş unikal gümüş sikkə buraxıb.
Bakuplus.az xəbər verir ki, 3D həcmli sikkə Smartminting texnologiyasından istifadə edilməklə yüksək keyfiyyətli gümüşdən hazırlanıb. İstehsal prosesində innovativ texnologiya ilə yanaşı, ənənəvi əl işlərindən də istifadə olunub.
2 unsiya çəkisi olan 999,9 əyarlı yeni gümüş sikkə şirkətin Satış və Mübadilə Mərkəzində və azergold.gift onlayn satış platformasında müştərilərə təqdim olunur.