Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bakuplus.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında və əksər bölgələrdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qar yağır.
Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə şimal-qərb küləyi güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5.6 metrdir.