“Baku Crystal Hall”-da keçirilən sərgi ilə əlaqədar tədbir məkanına ödənişsiz üç avtobus xətti fəaliyyət göstərəcək. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az “citylife_events”-ə istinadən xəbər verir.
Marşrut 3 gün ərzində saat 10:00-16:30 aralığında hər iki istiqamətdə hərəkətdə olacaq.
- Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, Hilal Elektrik mağazasının qarşısı - Nərimanov m/s - Sahil m/s - Baku Crystal Hall
- 28 May m/s yaxınlığı, S.Vurğun parkı - Sahil m/s - Baku Crystal Hall
- Gənclik m/s, Bazar Store supermarketinin çıxışı - Sahil m/s - Baku Crystal Hall
16-18 iyun tarixlərində “Partners & Business” adlı sərgi keçirilir. Tədbirdə 200-ə yaxın şirkət tərəfindən göstərilən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunacaq.
[URIS id=48704]