top
Baş leytenant əsgərin ölümünə görə həbs edildi
29 noyabr 2024, 02:58
- ↺ +

Baş leytenant əsgərin ölümünə görə həbs edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.

Bakupost.az-a xəbər verir ki, onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Orucov Həbib İlham oğlunun ölümü ilə bağlıdır.

Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq O.Rzalının digər tükürpədici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.

Məsələylə bağlı dünyasını dəyişən Həbib Orucovun anası Tünzalə Nəcəfova sayta açıqlama verib. O, Orxan Rzalının həbs olunduğunu təsdiqləyib və oğlunun ölümündə baş leytenantı günahlandırıb: “Mən bilirəm ki, o zabit oğlumu özünü öldürməyə məcbur edib. Mənim uşağım canını çox istəyən idi. Mümkün deyildi ki, o, özünə qıysın. Qardaşım meyiti görüb. Deyir ki, alnında çapıq izi, çiynində isə göyərmiş ləkə vardı. Mən hərbi hissəyə gedib əsgərlərlə danışdım. Uşağı keçən ayın 25-dən bəri sıxışdırırmış. Əsgərlər deyir ki, Həbibin üstünə qışqırır, ağzına gələni deyirdi. Oğlum bizimlə ancaq Orxan Rzalının telefonuyla əlaqə saxlaya bilirdi. O da oğlumun başının üstündə dayanırdı. Ona görə də baş verənləri danışa bilməyib. Bəziləri dedilər ki, o çapıq çoxdan var idi. Ekspertiza hamısını araşdırmalıdır. Mən Orxan Rzalının ömürlük həbs olunmasını tələb edirəm”.

Xatırladaq ki, H.Orucov noyabrın 9-da dünyasını dəyişib. Rəsmi məlumatda onun odlu silahdan açılmış atəş nəticəsində öldüyü qeyd edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər