top
Başqası ilə yazışmasını tutdu, arvadını boğaraq öldürdü
23 dekabr 2024, 23:00
- ↺ +

Başqası ilə yazışmasını tutdu, arvadını boğaraq öldürdü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürməkdə təqsirləndirilən Nurəddin Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama aktına əsasən, Nurəddin Məmmədov 28 aprel 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı Bakı şəhəri, Ramana qəsəbəsindəki evində olarkən arvadı, zərərçəkmiş Ayşən Məmmədovanın pilləkəndə oturub istintaqa məlum olmayan şəxslə “Whatsapp”da görüntülü danışdığını görüb. O, arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edib. Sonra təqsirləndirilən şəxs telefonu qadının əlindən alıb başına vurub, sinəsindən itələyib, bıçağın dəstəyi ilə onun təpə nahiyəsindən bir dəfə vurub.

Bundan başqa, o, 5 may 2024-cü il tarixdə, saat 13:30 radələrində yaşadığı evə gəlib arvadı Ayşənin yataq otağında “Whatsapp"da kiminləsə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmalarını görüb. Bundan sonra Nurəddin həyat yoldaşının ona xəyanət etməsindən əmin olub. Ayşən isə etdiyi hərəkətlərə haqq qazandırmağa çalışıb. Onlar mübahisə edə-edə mətbəx otağına keçiblər. Daha sonra təqsirləndirilən şəxs qəflətən hər iki əli ilə qadının boğazından tutub yerə yıxıb. Nurəddin yerdə arvadını boğaraq öldürüb.

Məhkəmə baxışı zamanı o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Nurəddin ifadəsində qeyd edib ki, hadisə günü evə gəldiyini arvadına deməyib. O, evə əsas girişindən deyil, arxa tərəfdən daxil olub: "Otağın qarşısına kimi yavaş-yavaş gələrək Ayşənin telefonla danışdığını gördüm. Arvadımın telefonla danışdıqlarına bir az qulaq asdım və “uşaqlar olduğundan göstərə bilməməsini” söylədiyini eşitdim. Həmin anda içəri daxil oldum. Ayşən məni görən kimi yuxarı qalxmış köynəyini aşağı endirdi. Həmin vaxt qarşı tərəfdəki şəxs telefonu söndürdü. Ondan həmin şəxsin kim olduğunu soruşdum. O, telefonda danışdığı şəxsin bacısının tanışı olduğunu bildirdi. Lakin arvadıma inanmadım. Telefonu götürüb yazışmalara baxdım və bundan sonra mübahisəmiz başladı. Uşaqlar mübahisəmizi görməsin deyə mətbəx otağına keçdik. Sonra Ayşən təhqirə keçməyə başladı. Həmin an əsəbi olduğumdan arvadımı yerə yıxıb boğazından sıxdım. Onu öldürmək məqsədim yox idi. Məqsədim telefondakı yazışmaları sübut kimi məhkəməyə təqdim edib uşaqları onun əlindən almaq idi".

O deyib ki, Ayşəni öldürdükdən sonra qardaşına zəng edərək hadisəni ona danışıb. Qardaşı onlara gəldikdən sonra DİN-in 102 qaynar xəttinə zəng edib.

Sonda Nurəddin himayəsində 2 azyaşlı uşağının olduğunu və əməlindən peşmançılıq çəkdiyini vurğulayaraq məhkəmədən ədalətli hökm çıxarmasını xahiş edib.

Nurəddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa az ağır zərə vurma) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər