Bazar gününə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bakuplus.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.