Yanvarın 26-a gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bakuplus.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.