Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 7 iyun tarixində xəbər verir.
BDU-nun mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva açıqlamasında deyib ki, Nəsir Əhmədli bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Professor 2004-cü ildən Bakı Dövlət Universitetinin "Beynəlxalq jurnalistika" kafedrasında çalışmışdır.
O, Tovuzda dəfn olunacaq.