Binəqədi Rayon İcra Hakimiyyətində yeni təyinat olub. Bu haqda 26 aprel tarixində Bakuplus.az İcra Hakimiyyətinə istinadən xəbər verir.
Sərəncama əsasən, 35 yaşlı Seymur Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində müfəttiş-operator vəzifəsindən azad olunaraq, Sakinlərin Müraciət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Seymur Xanlar oğlu Əliyev 14.02.1987-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 2010-cu ildə "Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı" MMC-də başlamış, 2013-cü ildən Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində müfəttiş-operator vəzifəsində çalışırdı.