top
Binalarda yanğınlar niyə baş verir? – ÖZƏL AÇIQLAMA
15 noyabr 2024, 08:00
- ↺ +

Binalarda yanğınlar niyə baş verir? – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlar, xüsusən şəhər mərkəzlərində və yüksəkmərtəbəli binalarda yanğın hadisələrinin artması ciddi narahatlıq doğurur. Bu hadisələr bir çox hallarda böyük faciələrə səbəb olur və həm fiziki, həm də maddi zərərlərə yol açır.

Yanğının səbəbləri çox müxtəlif ola bilər, amma ən çox qarşılaşılanlar kimi texniki nasazlıqlar, elektrik avadanlıqlarının istifadə qaydalarına riayət edilməməsi, tikinti materiallarının keyfiyyəti və ya bina sakinlərinin təhlükəsizlik qaydalarına əməl etməməsi göstərilir.

Bəs əsil səbəb nədir? Qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, ümumiyyətlə yanğınların baş verməsinin səbəbi yanğın təhlükəsizlik qaydalarının pozulmasıdır:

[caption id="attachment_158118" align="alignnone" width="640"]Elmar Nurəliyev Elmar Nurəliyev[/caption]

“Təhlükəsizlik qaydalarının pozulması sonda nəticə etibarı ilə yanğının baş verməsinə səbəb olur. Ona görə də bütün təyinatlı obyektlər - istehsalat sahələri, zavod, fabrik, iş yerləri və yaşayış binaları yanğın təhlükəsizlik qaydalarına ciddi riayət etməlidir.

Yanğınların da əksəriyyəti elektrik qısaqapanması səbəbindən baş verir”.

E.Nurəliyev əlavə edib ki, elektrik təsərrüfatı daim saz vəziyyətdə olmalıdır:

“Çoxmənzilli yaşayış binalarının elektrik təsərrüfatı və fərdi yaşayış evlərində yoxlanışlar aparılmalıdır. Təmir zamanı keyfiyyətli elektrik naqillərindən istifadə edilməlidir. Elektrik təsərrüfatında təmir işləri yalnız ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir.

Bununla yanaşı elektrik şəbəkəsinin normadan artıq yüklənməsinə yol verilməməlidir. Normadan artıq yüklənərsə qızma, qısaqapanma, alışmaya gətirib çıxara bilər”.

“Müasir dövrün tələbinə uyğun olaraq evdə elektriklə çalışan məişət əşyaları, digər elektrik avadanlıqları, kondisioner, paltaryuyan və qabyuyan maşın, televizordan istifadə edilir. Bunların hər biri eyni an çalışarsa, - elektrik təsərrüfatı, elektrik tutumu, elektrik qoruyucuları və elektrik şəbəkəsi saz vəziyyətdə olmazsa, - problem ola bilər. Keyfiyyəti elektrik yoxdursa, qızma, qısaqapanma və alışıb yanma ola bilər.

Sıfırdan təmir edənlər də keyfiyyətli elektrik naqillərindən istifadə etməlidir. Ev alanlar mütəxəssis çağırıb, yoxlanış aparmalıdır. Mütəxəssislər də elektrik şəbəkəsini yoxlayıb, sınaq protokolu tərtib etməlidir. Belə olduğu halda nöqsanlar bilinəcək”, - deyə E.Nurəliyev fikrini tamamlayıb.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər