Dekabrın 4-də gecə saatlarında Binəqədi rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub.
Bu barədə Bakuplus.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 50 yaşlı H.Aydinov avtomobillə birgə saxlanılıb.