Son günlər havanın temperaturunun yüksəldiyini nəzərə alaraq, iyunun 1-dən kondisionerlərlə təchiz olunan avtobuslarda havalandırma sisteminin iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb. Bu haqda bu gün, 31 may tarixində Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidməti məlumat verib.
Bununla bağlı BNA müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə yay mövsümünə keçidlə bağlı zəruri tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq məktubu göndərib.