Metronun "Həzi Aslanov" stansiyasında aparılacaq təmir işləri ilə əlaqədar metropolitenin "yaşıl" və "qırmızı" xətləri üzrə sərnişin axınını qarşılamaq üçün sözügedən metrostansiya istiqamətində fəaliyyət göstərən 11, 43, 51 və 57 nömrəli müntəzəm avtobus marşrutlarının iş saatları uzadılacaq.
Bu barədə Bakuplus.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, noyabrın 30-dan bu marşrut xətləri üzrə avtobuslar saat 06:00-dan 00:00-dək sərnişinlərə xidmət göstərəcək. Daşıyıcılara avtobusların sayının artırılması və intervalın azaldılması ilə bağlı müvafiq tapşırıqlar verilib.