Bu gün, 1 iyun tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin aylıq maaşına 800 manat məbləğində sabit əlavələr tətbiq olunacaq. Bu haqda TƏBİB-in mətbuat xidməti məlumat yayıb.
Belə ki, vergilər və digər icbari ödənişlər nəzərə alınmadan həkimlərin maaşı 1000 manatdan az olmayacaq.
Bu, stomatoloqlar istisna olmaqla, bütün ixtisaslı həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə aiddir.
Təxminən 19.000 tibb işçisi maaşlarında bu dəyişiklikdən faydalanacaq.