top
Bu gün Azərbaycanın Alen Delonu Rafael Dadaşovun doğum günüdür
03 yanvar 2025, 23:55
- ↺ +

Bu gün Azərbaycanın Alen Delonu Rafael Dadaşovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Xalq artisti Rafael Dadaşovun doğum günüdür.

1946-cı il yanvarın 4-də Zaqatala rayonunda anadan olan R.Dadaşov Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra, 1966-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsində ali təhsil alıb. 1967-ci ildən etibarən əmək fəaliyyətinə başlayan Rafael Dadaşov 1974-cü ilədək olan dövr ərzində Bakı Dövlət Sirkində, Naxçıvan Muxtar Respublikası Mahnı və Rəqs Ansamblında və Ümumittifaq Sirkində müxtəlif vəzifələrdə çalışıb, 1974-1976-cı illərdə Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Evində təlimatçı olub, eyni zamanda, Naxçıvanın Televiziya və Radio Komitəsində işləyib.
1976-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor kimi yaradıcılıq yoluna başlayan Rafael Dadaşov burada aparıcı səhnə ustası olaraq sənət fəaliyyətini ömrünün sonunadək davam etdirib.

Hələ gənclik illərində Azərbaycanın Alen Delonu adını alan aktyor Dram Teatrında “Heç nədən hay-küy”, “Cehizsiz qız”, “Səhra yuxuları”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Unuda bilmirəm”, “İblis”, “Şəhərin yay günləri”, “Qılınc və qələm”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Sokratı anma gecəsi”, “Afət”, “Ölülər” tamaşalarında rollar ifa edib. Aktyorun səhnədəki son rolu “Müfəttiş” tamaşasındakı Anton Antonoviç Skvoznik-Dmuxanovski obrazı olub.
Bundan başqa Rafael Dadaşov “Ötən ilin son gecəsi”, “Mehmanxana sahibəsi”, “Səni axtarıram”, “Topal Teymur”, “Ordan-burdan” kimi televiziya tamaşalarında ona məşhurluq gətirən rollarda çıxış edib.

Aktyorun zəngin səhnə həyatı olsa da, kino həyatı o qədər də geniş olmayıb. O, karyerası boyu “Var olun qızlar”, “Yarımçıq qalmış serenada”, “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” filmlərinə çəkilib.

Ekranda və səhnədə canlandırdığı, təbiiliyi və inandırıcılığı ilə səciyyələnən rəngarəng xarakterli qəhrəmanlar onu sənətin incəliklərini dərindən mənimsəmiş yüksək səhnə mədəniyyətinə malik aktyor olaraq geniş tamaşaçı auditoriyasına sevdirib.

Rafael Dadaşov 1987-ci ildə Azərbaycan SSR “Əməkdar artisti”, 2006-cı ildə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2019-cu ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezident təqaüdçüsü Rafael Dadaşov 2020-ci il martın 16-da vəfat edib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər