Bronxial astma xəstəliyindən əziyyət çəkən şəxslərin mütəmadi olaraq istifadə etdikləri “Salbutamol aerozol”a xeyli tələbat olsa da, onun nə vaxt satışa çıxarılacağı məlum deyil.
Əczaçıların sözlərinə görə, adıçəkilən dərmanla yanaşı, onunla eyni tərkibə malik olan preparatlar da satışda yoxdur.
Həkim-terapevt Həbib Sahratov isə deyir ki, bu dərmandan istifadə edilməməsi xəstələrin vəziyyətini ağırlaşdıra bilər: “Sözügedən preparatlardan mütəmadi istifadə edən xəstələrdə isə ağırlaşmaların görülmə ehtimalı daha yüksəkdir”.
Ətraflı Baku TV-nin süjetində: