“Buta Airways” bugünkü Bakı-Həştərxan reysini ləğv edib. Bu barədə bu gün, fevralın 24-də aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Cümə axşamına planlaşdırılan Bakı-Həştərxan-Bakı reysi Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər səbəbindən təxirə salınıb.
Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) məlumatına görə, cənub hava məkanından istifadəyə qadağa qoyulması səbəbindən bu gün Həştərxan hava limanından bütün reyslər ləğv edilib.
Ləğv olunmuş reysin sərnişinləri biletləri başqa tarixlərə dəyişdirə və ya cəriməsiz qaytara bilərlər.