Buzovna sahillərində sakinlər iməcilik keçiriblər. Bu haqda BakuPlus.az Bakı Gündəliyinə istinadən bu gün, 8 avqust tarixində xəbər verir.
Buzovna qəsəbəsinin fəal sakinləri ötən gün səhər saatlarından qayalıqlarda növbəti iməciliyi keçiriblər.
Onlar daş-kəsəyi silib-süpürərək təmizləyiblər.
Dəniz sahilində söküntü işləri yarımçıq saxlandığından qayalıqlar tikinti tullantıları ilə zibillənib. Bu səbəbdən qəsəbə sakinləri iməciliklər təşkil edirlər.
[caption id="attachment_56730" align="alignnone" width="800"]
Foto Bakı Gündəliyinin Facebook səhifəsi[/caption]