Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi və ona bitişik küçələrdə avtomobillərin və piyadaların hərəkətinin tənzimlənməsi istiqamətində aparılan təmir işləri yekunlaşıb. Bu haqda bu gün, 6 avqust tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Cəlil Məmmədquluzadə küçəsi boyunca yollara yeni asfalt örtüyü vurulub, yeni bordürlər qoyulub, piyada səkilərində təmir-bərpa işləri aparılıb.
Hazırda rayonun digər ünvanlarında təmir və abadlıq işləri davam etdirilir.
[caption id="attachment_56500" align="alignnone" width="800"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]