Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Mirzə Əsədulla küçəsində içməli su küçəyə axır.
Bu barədə Bakuplus.az-a qəsəbə sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, su borusunun partlaması nəticəsində içməli suyun küçəyə axması asfalt örtüyünü sıradan çıxarır. Sakinlər bildirir ki, acınacaqlı vəziyyət uzun müddətdir davam edir. Onların sözlərinə görə, bu günlərdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları ərazidə olublar, əvvəl camaata sübut etməyə çalışıblar ki, burdan su axmır. Ancaq vətəndaşlar qurumun əməkdaşlarına başa sala biliblər ki, bu ərazidən içməli su axır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları problem həll edəcəklərinə söz versələr də, hələ ki müsbət nəticə yoxdur.