Xalq artisti, məşhur cazmen Cavan Zeynallının həyat yoldaşı Röya Zeynallı vəfat edib. Bu haqda bu gün, 16 yanvar tarixində Qafqazinfo məlumat verib.
2022-ci ilin sonlarında Röya Zeynallının vəziyyəti pisləşib, o, xəstəxanaya yerləşdirilib.
Cütlük 1996-cı ildə ailə həyatı qurub.