top
Cüdo yarışında gündəm olan valideyn: “Qızım iki günə məşhurlaşdı” - FOTO/VİDEO
13 yanvar 2025, 04:37
- ↺ +

Cüdo yarışında gündəm olan valideyn: “Qızım iki günə məşhurlaşdı” - FOTO/VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Mən heç bilmirdim ki, bizi çəkirlər”.

Bunu idman.biz-ə cüdo üzrə U-18 Azərbaycan çempionatının iştirakçısı Tövsiyyə Babayevanın anası Svetlana Babayeva deyib.

O, yarışın gedişində qızı ilə çəkilən görüntülərin məşhurlaşmasından danışıb: “Həmin an yalnız Tövsiyyənin çıxışını düşünürdüm. Ağlıma da gəlməzdi ki, bu görüntülərə bütün ölkə baxa bilər. Hamı mənə bu videonu göndərir, hətta xaricdə yaşayan qohumlarım belə. Qızım iki günə məşhur oldu. Biz onu dörd yaşında gimnastikaya qoymuşduq. Səkkiz-doqquz yaşı olanda isə gimnastikadan çıxarıb cüdoya yazdırdım. Hələ ilk başladığı dövrdə məktəbdə müəllimlər Tövsiyyəyə deyirdi ki, sənə cüdo lazım deyil, incə qızsan, davam etsən, gələcəkdə kobud olacaqsan. Mən isə həmişə onu bu yolda dəstəkləmişəm. Demişəm ki, heç kimə qulaq asma, əsas odur ki, sən çalış. Tez-tez deyirlər ki, cüdo ilə məşğul olan qızlar kobud olur. Bu söz mənə çox toxunur. Fikrimcə, davranış tərbiyəyə bağlı olan məsələdir. Hər şey ailədən gəlir”.

Cüdo yarışında gündəm olan valideyn: “Qızım iki günə məşhurlaşdı”

Svetlana xanım idmanda ailə dəstəyinin mühüm olduğunu qeyd edib: “Mən insan resursları üzrə mütəxəssis işləyirdim. Tövsiyyə cüdo ilə məşğul olmağa başladıqdan sonra ona dəstək olmaq üçün işdən çıxmışam. İdman çox çətin sahədir. Uşaqda ciddi intizam olmalıdır. Vaxtında məşqlərə getməli, qidalanmasına fikir verməli, yuxu rejiminə diqqət etməlidir. Bunlara nəzarət edən bir adamın olması mütləqdir. Bu yolu tək getmək çox çətindir. Mənim bir oğlum da var, ancaq onun cüdo ilə məşğul olmasını qətiyyən istəməzdim. Çünki ikinci dəfə o yolu getməyə gücüm yoxdur. İki övladı da idmanda uğur qazanan valideynlərə heykəl qoymaq lazımdır. Mən hələ bir uşaq üçün nə qədər həyəcan keçirirəm. Tövsiyyənin uğur qazanması üçün valideyn olaraq əlimdən nə gəlirsə, edirəm və bundan sonra da etməyə hazıram”.

Qeyd edək ki, Tövsiyyə Babayeva (52 kq) yarışı bürünc medalla başa vurub.

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər