Bakıda dələduzluqda təqsirləndirilən İranə Talışxanova 9 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda bu gün, 10 may tarixində Report məlumat verib.
Hökm Bakı Ağır Cinayətlər Məhkəməsində oxunub. Məhkəmə prosesi hakimi Rasim Sadıqovun sədrliyi ilə icra olunub.
Özünü RUN Group-un prezidenti kimi təqdim edən İranə Talışxanova həm Azərbaycanda, həm də Türkiyədə ən məşhur tikinti şirkətlərinin nümayəndələrinə qarşı dələduzluq edib. O, həmçinin tibb sahəsində müxtəlif tədbirlərin təşkilatçısı olub.