top
Ekologiya nazirliyi Xəzərdə balıqların kütləvi tələf olma səbəbini açıqlayıb - YENİLƏNİB
08 iyul 2024, 05:24
- ↺ +

Ekologiya nazirliyi Xəzərdə balıqların kütləvi tələf olma səbəbini açıqlayıb - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti Hövsan və Türkan qəsəbələri ərazisində sudan və tələf olmuş balıqlardan götürülən nümunələrin analizlərinin nəticələrini açıqlayıb.

Bildirilir ki, balıqların kütləvi ölümü suda həll olunmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır. Balıq nümunələri üzərində aparılan analizlər zamanı infeksion xəstəliklərin törədiciləri, zəhərlənmə halları və kənar fiziki təzyiqlər aşkar edilməyib.

Su nümunələrinin analizinə görə isə suyun temperaturunun yüksək olması nəticəsində suda həll olunmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək azalıb. Bu, balıqların ölümünə səbəb kimi göstərilib.

15:00 - Dənizin sahilləri ölü balıqlarla doludur: ETSN hələ də məsələni araşdırır – VİDEO

Xəzər dənizinin sahilində, Bakının Hövsan və Türkan qəsəbələri ərazisində kütləvi balıq tələfatı qeydə alınıb. Bununla bağlı müvafiq videogörüntülər sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova faktı təsdiqləyib.

Onun sözlərinə görə, səbəbləri öyrənmək üçün Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri artıq hadisənin baş verdiyi əraziyə baxış keçiriblər. Su nümunələri və ölmüş balıqlardan nümunələr götürülüb. Nəticələri əldə etdikdən sonra ictimayyətə ətraflı məlumat veriləcək.

Analoji vəziyyət iyundan müşahidə olunsa da, nazirlik bu günə kimi heç bir ətraflı məlumat təqdim etməyib.

Biologiya elmləri doktoru professor Mehman Axundov qeyd edib ki, Hövsan və Türkan sahilyanı ərazilərində oxşar balıqların kütləvi şəkildə tələf olması halları son 4-5 il iyunda və iyulun əvvəllərində müşahidə olunub.

“Bu, onunla bağlıdır ki, həmin akvatoriya çox dayaz dəniz sahəsidir və burada sahildən dəniz boyu haradasa bir metr dərinlik üçün ən azı bir kilometr məsafə qət etmək lazımdır”, – deyə professor Axundov izah edib.

Ekspert onu da qeyd edib ki, Bakı buxtası yarımqapalı olduğundan yay aylarında burada çox zəif su mübadiləsi müşahidə olunur. Nəticədə dayaz sahil ərazilərində suyun temperaturu yüksəlir və suda oksigenin miqdarı azalır.

Professor Axundov mühüm bir cəhəti də vurğulayıb: “Dəniz balıqları növləri, məsələn kilkələr, kefallar və s., əsasən, iyuldan sentyabra qədər kürü tökmək üçün sahilyanı dayaz hissələrə miqrasiya edir. Burada onlar üçün müsbət olmayan bir şəraitlə rastlaşdıqları üçün məhv olurlar”.

Alim bu problemi də iqlim dəyişikliyi ilə əlaqələndirib.

“Bildiyiniz kimi, Xəzər dənizi dayazlaşır, bu zaman dərinlik azalır, su daha çox qızdığı üçün sudakı oksigenin miqdarı azalır. Ona görə də bu cür mənzərələr meydana çıxır”, – deyə Mehman Axundov fikrini yekunlaşdırıb.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər