Azərbaycan və Litvanın dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar. Bu haqda BakuPlus.az bu gün, 19 may tarixində xəbər verir.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgi haqqında məlumat verib.
Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixi barədə də məlumat əldə edirlər. Eyni zamanda, burada avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə bağlı maraqlı məlumatlar təqdim olunur.
Heydər Əliyev Mərkəzində 2015-ci ildən fəaliyyət göstərən klassik avtomobil sərgisində avtomobillərə aid arxiv materialları əsasında hazırlanan videoçarxlar, aksesuarlar və nəşrlər də nümayiş etdirilir.