Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın məhkəmə prosesi keçirilib.
Bakuplus.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Həvvaxanım Rüstəmova ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilmədiyini qeyd edib.
Məhkəmə dekabrın 27-də davam etdiriləcək.