Sosial şəbəkələrdə müəyyən imtahan qaydalarını pozan şəbəkələrin ifşa olunmasına dair məlumatlar yayılır. Dövlət İmtahan Mərkəzi (DİM) hər zaman imtahanların şəffaflığı üçün tədbirlər görür.
Apa.az xəbər verir ki, bunu DİM-in aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, imtahanlar bitdikdən sonra məlumatlar açıqlanır, press-reliz dərc edilir:
"İmtahan qaydalarını pozanlarla bağlı vaxtından, yerindən asılı olmayaraq pozuntuların səviyyəsindən asılı olaraq tədbirlər görülür. Hüquq-mühafizə orqanlarına müraciət edilib, bir neçə abituriyent istintaqa cəlb edilib. Prosesin nəticələri barədə istintaq bitəndən sonra məlumat dərc ediləcək".