top
Direktor olmaq istədi, 98 min manatı getdi - TƏFƏRRÜAT
20 dekabr 2024, 03:29
- ↺ +

Direktor olmaq istədi, 98 min manatı getdi - TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron rayonu, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin sabiq direktor əvəzi Əzizə Abdıyevanın 98 min manatını mənimsəyən şəxslərə hökm oxunub.

Qaynarinfo.az-ın məlumatına görə, ittihama əsasən, Bakı şəhər sakini Hökümə Əliyeva tanışları Hicran Süleymanova, Aydın Cəfərov, Elsəvər Usubov, Könül Əliyeva və Şahlar adlı şəxslərlə əlbir olaraq Əzizə Abdıyevaya qarşı külli miqdarda dələduzluq ediblər.

Elsəvər Usubov bir neçə il əvvəl dünyasını dəyişdiyi üçün istintaqa cəlb edilməsinə xitam verilib.

Təqsirləndirilən şəxslər özlərini elm və təhsil nazirinin müavini Firudun Qurbanovun yaxın adamları kimi təqdim edərək, zərərçəkmiş şəxsin 43.000 manatını “diplomun təsdiqi”, 55.000 manatını isə “direktor vəzifəsinə təyinatı” üçün alıblar. Həmin pulları isə mənimsəyiblər.

Aparılan araşdırma zamanı məlum olub ki, Hicran Süleymanova nazirliyin sabiq əməkdaşı, Aydın Cəfərov isə "Gənc Alim" Mənzil İstehlak Kooperativinin İdarə Heyətinin sədri olub.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli biliniblər. Hicran Süleymanova 5 il 6 ay, Könül Əliyeva 5 il, Aydın Cəfərov 6 il 8 ay müddətinə həbs cəzası alıblar. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Şahlar adlı şəxsə isə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası ev dustaqlığı ilə əvəz edilib.

Qeyd edək ki, Əzizə Abdıyevanın atası Elbəy Abdıyev Abşeron rayonu Məmmədli kənd tam orta məktəbinin direktorudur və rayonda tanınmış şəxslərdəndir.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər