Bu gün "Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Dünya Seriyasında ilk oyununa çıxacaq.
Bakuplus.az xəbər verir ki, Bakı təmsilçisi Çinin Şanxay şəhərində Tailandla üz-üzə gələcək.
Azərbaycan təmsilçisi ikinci görüşündə isə Niderlandın "Amsterdam" komandası ilə qarşılaşacaq.
Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.