Sabiq prezident Əbülfəz Elçibəyin evini qarət edən şəxs saxlanılıb.
Qafqazinfo.аz xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən Səmid Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Qeyd edək ki, ötən gecə sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi 38 ünvanında yerləşən evi qarət olunub.