top
Elektromaqnit qasırğasından özümüzü necə qoruyaq? – ÖZƏL AÇIQLAMA
29 noyabr 2024, 07:00
- ↺ +

Elektromaqnit qasırğasından özümüzü necə qoruyaq? – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Elektromaqnit qasırğası son zamanlar müzakirə edilən mövzulardan biridir. Xüsusilə onun insan sağlamlığına təsiri ilə əlaqədar tez-tez məlumatlarla rastlaşırıq.

Elektromaqnit sahələri, xüsusilə radio dalğaları, mikrodalğalar, mobil telefon siqnalları və digər elektron cihazlardan gələn şüalar elektromaqnit qasırğası adlandırıla bilər. Elektromaqnit qasırğaları, həmçinin "kosmik hava hadisələri" kimi də adlandırılır və Yerin maqnit sahəsinin qoruyucu rolunun azalmasına səbəb olmağa qadirdir. Bu hadisələr yüksək radiasiya səviyyələrinə səbəb olduğu üçün astronavtlara və hava şəraitinə də təsir göstərə bilər.

Elektromaqnit qasırğasının insanlara olan təsiri hələ də araşdırılır, amma mütəxəssislər bu tip sahələrin bəzi insanlar üçün potensial olaraq zərərli ola biləcəyini vurğulayır.

Bəs görəsən, ümumiyyətlə elektromaqnit qasırğası nədir? Meteohəssas insanları kimlərdir və elektromaqnit qasırğası onlara necə təsir edir? Özümüzü necə qoruya bilərik?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən həkim-terapevt Abbas Bağırovun sözlərinə görə, elektromaqnit qasırğası bütün canlılarda mərkəzi sinir sistemini oyadır:

[caption id="attachment_160305" align="alignnone" width="640"]Abbas Bağırov Abbas Bağırov[/caption]

“Elektromaqnit dalğası günəşdə baş verən partlayışlar nəticəsində meydana gəlir. Günəşdən yayılan güclü enerji axınları və proton, elektron kimi yüklü hissəciklərin yer kürəsinə doğru yönəlməsi nəticəsində yaranan təbiət hadisəsidir. Bu hadisə, Günəşdəki hər hansı bir aktivlik, məsələn, Günəş partlayışları və ya koronal kütlə atışları ilə əlaqəli ola bilər. Yüklü hissəciklər Yer kürəsinin maqnit sahəsinə daxil olur və bu, maqnit qasırğalarına səbəb ola bilər. Bu hadisələr ən çox maqnit qütblərinə yaxın bölgələrə təsir göstərir.

Elektromaqnit dalğası insanlarda və canlılarda mərkəzi sinir sistemini oyadır. Elektromaqnit sahələrinə uzun müddət məruz qalan insanlar baş ağrıları, yuxu pozğunluqları, halsızlıq, stress, narahatlıq və ya başgicəllənmə kimi simptomlarla qarşılaşa bilərlər Elektromaqnit sahələrinin dəyişməsi insanların sinir sisteminə və ürək döyüntüsünə təsir edə bilər. Xüsusən meteohəssas insanlarda - qan təzyiqi olan, şəkər və sinir sistemi xəstələrdə əhval-ruhiyyə kəskin pozulur. Təzyiq düşür, şəkər xəstələrində narahatlıq artır”.

“Günəşli havada elektromaqnit dalğası daha çox mənfi təsir edir. Xəstəliyi olanlar elektromaqnit dalğasının baş verəcəyi proqnozunu eşitdikdə artıq qoruyucu dərman tədbirlərini görməlidir. Çünki bu tip şüaların meteohəssas insanlara daha çox təsir etməsi ehtimalı var, bu şəxslər elektromaqnit sahələrinə qarşı daha həssasdırlar”, - deyə A.Bağırov fikrini tamamlayıb.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər