top
Elektron ticarətə başlayanların NƏZƏRİNƏ: Loqo, brend, rənglər…
13 dekabr 2024, 07:00
- ↺ +

Elektron ticarətə başlayanların NƏZƏRİNƏ: Loqo, brend, rənglər…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Elektron ticarət (e-ticarət) internet vasitəsilə malların və xidmətlərin alqı-satqısı prosesidir. Bu sahə, fiziki mağazalardan fərqli olaraq, onlayn platformalar üzərindən məhsul və xidmətlərin satılması və alınması əməliyyatlarını əhatə edir. Elektron ticarət biznesləri adətən saytlar, mobil tətbiqlər və ya sosial media platformaları vasitəsilə fəaliyyət göstərir.

Ümumiyyətlə, elektron ticarət nədir? Bu sahəyə başlamaq üçün ilk addım necə atılmalıdır?

Bu barədə Bakuplus.az-a açıqlama verən marketinq üzrə ekspert Vaqif Əzizov deyib ki, elektron ticarətə başlamaq üçün bir sıra ilkin addımlar var:

[caption id="attachment_162638" align="alignnone" width="640"]Elektron ticarətə başlayanların NƏZƏRİNƏ: Loqo, brend, rənglər…  [/caption]

“Elektron ticarət indiki dövrdə çox yayılıb. Əksər insan elektron ticarətlə gündəlik alış-veriş edir, istədiklərini rahatlıqla sifariş edə bilir. Elektron ticarət ənənəvi ticarət modelindən fərqli olaraq, satıcı ilə alıcını coğrafi məntəqədən azad edir. Yəni hər hansı məkana getməyə ehtiyac qalmır. Nəticədə 7/24 işləyən bazarda alışa imkan verir. Elektron ticarətə misal olaraq ölkə daxilində “Trendyol”, “Umico”, dünya miqyasında yayılmış “Amazon” kimi platformaları göstərmək olar.

Elektron ticarətə başlanan zaman ilk addım bazar araşdırılmasının edilməsidir: satışa çıxarılacaq məhsulların alternativləri nələrdir, həmin məhsula tələbat varmı. Bu suallara cavab tapdıqdan sonra mağazanı açacağımız platformanı seçirik. Platforma da seçildikdən sonra mağazanın brendini qurmalıyıq. Buna aiddir loqo, brendin adı, rənglərin uyğunluğu.

Bundan sonra ediləcək iş rəqəmsal marketinqin planının qurulmasıdır. Mağazanı açandan sonra reklamlarını harada aparacağınızı dəqiqləşdirməlisiniz. Təbii ki, məhsul satırıqsa, müştəridən ödənişi almaq yöntəmini fikirləşməliyik. Logistika, çatdırılma sistemi qurulmalıdır.

Əgər qlobal elektron ticarət platformasında istifadə ediriksə, beynəlxalq yükdaşımaları üzərindən plan qurmalıyıq. Müştəri məmnuniyyətini öyrənməliyik. Bu sahibkara yeni müştərilər qazandırır”.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər