"Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Mehman Qədimbəyli Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.
Qaynarinfo.az-ın məlumatına görə, tərəflər arasında torpaq münasibətlərinə dair mübahisə yaranıb. Lakin işin təfərrüatları bəlli deyil.
Mehman Qədimbəylinin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
Mehman Qədimbəyli Prezident Adminstrasiyasının ləğv edilmiş ictimiai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun köməkçisi olub.
Bundan başqa, ötən il Türkiyədə həbs edilən azərbaycanlı "tiktoker”lərin siyahısında onun da adı vardı.