Azərbaycan Yazıçılar Birliyində şair Elşad Baratın "İkinci ömür" adlı kitabının ikinci cildinin təqdimatı keçirilib. Kitab mərhum şair Çərkəz Məcidin həyat və yaradıcılığından bəhs edir.
Bakuplus.az xəbər verir ki, tədbirdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, tanınmış söz adamları iştirak edib. Kitabın birinci və ikinci cildi oxuculara paylanılıb.
Qeyd edək ki, kitabın redaktoru tanınmış şair Tahir Ələkbərlidir.