top
Əməkdar artist Elçin Həmidovun ölümündən 15 il ötür
04 mart 2026, 09:45
- ↺ +

Əməkdar artist Elçin Həmidovun ölümündən 15 il ötür

Bu gün Əməkdar artist Elçin Həmidovun vəfatından 15 il ötür.

Həmidov Elçin Qəzənfər oğlu 1958-ci ilin iyunun 29-da Bakıda anadan olub. Uşaq yaşlarından əvvəl atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürüb. Əmisinin evində də ağır günlər yaşayan Elçinin əvvəl bacısı, sonra isə qardaşları dünyasını dəyişib.

Elçin Həmidov 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti kimi çalışıb. 1977-1981-ci illərdə İncəsənət İnstitutunun "Dram-kino aktyoru" fakültəsində ali təhsil alıb.

1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalisti olub. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaradıb.

"Olmadı elə, oldu belə"də "Gülüstan", "Boşanaq, evlənərik"də "İkram", "Qarğa məndə qoz var"da "Zərzibonskaya", "Qızıl gül"də "Azay", "Beş manatlıq gəlin"də "Nadir", "O olmasın, bu olsun"da "Rza bəy", "Talelər qovuşanda"da "Totuş", "Ər və arvad"da "Kəblə Qubad" rolları ilə tamaşaçıların ürəyini fəth edib.

Elçin Həmidov bariton və soprano səsə malik olub. Tanınmış sənətçiləri parodiya etməyi isə başqa bir aləm idi. Onda qadın və kişi rolları çox koloritli alınırdı. Bu mənada Elçin bənzərsiz aktyor idi.

Onun parodiyalarını uşaqdan böyüyə hər kəs çox sevərək izləyirdi. İstedadlı aktyor, həmçinin "Planet Parni iz Baku" Şən və Hhazırcavablar Lklubunun əsas simalarından biri idi.

Elçin bu teatrda gözəl obrazlar yaradıb.  O cümlədən "Məhəllə 1" və "Məhəllə 2" filmlərində canlandırdığı "Məzi" obrazı gülməli olmaqla bərabər, həm də düşündürücüdür. Bundan başqa Elçin Həmidov televiziya verilişlərində də aparıcılıq edib. Onun "Tez bazar", eləcə də mətbəx verilişləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Onun son obrazı Nikolay Vasilyeviç Qoqolun "Evlənmə" komediyasında "Yaiçnitsa"dır.

2011-ci il martın məhz bu günü aktyor 52 yaşında qəfildən dünyasını dəyişib. Elçin Həmidov Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Son xəbərlər

Xəbər
Bu gün, 10:01

Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT

Xəbər
Bu gün, 09:34

Bakıda məmur arvadını televizor pultu ilə döydü

Xəbər
Bu gün, 08:53

Cabir İmanovun vəfatından bir il ötür

Xəbər
Dünən, 18:00

Bakıda qızının nişanlısını öldürən ataya AĞIR CƏZA verildi

Xəbər
Dünən, 17:37

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olundu

Xəbər
Dünən, 17:13

Bakıdan Naxçıvana reyslər təxirə salındı

Xəbər
Dünən, 16:15

Vüsal Şilderin qətlinə görə 10 min veribmiş...

Aktual Xəbərlər
Dünən, 15:25

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Xəbər
Dünən, 14:19

İntim münasibətdən sonra qadını pəncərədən atdı – Hoteldəki dəhşətli hadisənin təfərrüatı

Xəbər
Dünən, 13:47

Əvəz Zeynallı vəfat etdi

Xəbər
Dünən, 13:20

Sabah Bakıda yağış yağacaq

Xəbər
Dünən, 12:34

"Anamı öldürdü, indi də mirasımızı almağa çalışır" - Qətlə yetirilən plastik cərrahın qızı

Xəbər
Dünən, 12:20

Zibil daşıyan maşın qoca kişini vurub öldürdü - BAKIDA

Xəbər
Dünən, 12:10

Bakıda qadın öldürüldü: əri şübhəli bilinir

Xəbər
Dünən, 11:18

Qazi aşpaz vəfat etdi

Xəbər
Dünən, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Xəbər
Dünən, 10:40

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Xəbər
Dünən, 10:00

Bakıda kişi icazəsiz ad gününə gedən sevgilisinə İŞGƏNCƏ VERDİ

Xəbər
Dünən, 09:43

Həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Xəbər
Dünən, 09:24

Mir Cəlal Paşayevin anım günüdür

Xəbər
27 sentyabr 2026, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
27 sentyabr 2026, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
27 sentyabr 2026, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
27 sentyabr 2026, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Oxşar xəbərlər