Formula 1 ilə əlaqədar Bakıda yollar 6 iyun saat 01:00-dan etibarən bağlanır. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Apa.az-a istinadən xəbər verir.
Məhdudiyyət 14 iyun tarixinə qədər İçərişəhər ərazisi, Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr və BMT-nin 50 illiyi küçəsinin keçdiyi əraziyə qoyulacaq.
Bu ərazilərdə yaşayan sakinlər "Yaşayış Yerinə Giriş icazəsi" ala biləcəklər. İcazələri 10:00-dan 17:00-dək müvafiq olaraq İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu idarəsi, Mənzil-Kommunal və İstismar İdarəsi №4 və Mənzil-Kommunal va İstismar İdarəsi №58-dən götürmək mümkündür.