Gəncə şəhər sakini olan 4 nəfəri aldadan şəxs tutulub.
Bu barədə Bakuplus.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, müxtəlif vaxtlarda Gəncə sakinlərinin 235, 100, 65 və 55 manat olmaqla ümumilikdə 455 manatınının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.
Keçirilən əməliyyat tədbirləri ilə dələduzluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 33 yaşlı F.Şirəliyev Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.