top
“Güzgüdə ancaq özümə baxırdım” – Tam görmə məhdudiyyətli aktrisa Günay Məmmədova ilə ÖZƏL MÜSAHİBƏ
10 mart 2025, 05:52
- ↺ +

“Güzgüdə ancaq özümə baxırdım” – Tam görmə məhdudiyyətli aktrisa Günay Məmmədova ilə ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Teatr sənəti insan mədəniyyətinin ayrılmaz hissəsi olaraq, əsrlər boyu cəmiyyətlərin estetik, sosial və mənəvi inkişafına təsir göstərib. Hər il martın 10-u Azərbaycanda Milli Teatr Günü kimi qeyd edilir. Bu gün Azərbaycan teatrının zəngin tarixinə nəzər salmaq, onun inkişaf yolunu vurğulamaq və bu sahədə çalışan sənətkarların əməyini dəyərləndirmək üçün bir fürsətdir.

Bakuplus.az elə bu fürsətdən istifadə edərək dünyada yeganə tam görmə məhdudiyyətli aktrisa, ƏSA teatrının əməkdaşı Günay Məmmədova ilə həmsöhbət olub.

Onunla müsahibəni təqdim edirik:

- Öncə teatrımızın yaranmasının 152-ci il dönümü münasibəti ilə sizi təbrik edirəm. Teatr sənətinin cəmiyyətdəki rolu barədə nə düşünürsünüz?

- Çox təşəkkür edirəm. Bu gün Azərbaycanda böyük bayramdır – Milli Teatr yaranıb. Təkcə teatr əhli üçün yox, bütün xalq üçün bayramdır. Teatr canlı sənətdir. 10 ildir ki, teatr sahəsinin içindəyəm. Ancaq xoş duyğularım var.

- Günay xanım, teatrla tanışlığınız necə oldu?

- Uşaqlıqdan teatrla olmuşam. Mən gözümü açandan rəhmətlik anam bizi həmişə müxtəlif teatr tamaşalarına aparıb. Bütün teatr salonlarında oturub tamaşa izləmişəm. Teatrda işə başlamağım çox təsadüfi oldu. Amma teatrla tanışlığım özümü dərk edəndən var.

- Bəs necə oldu ki, yolunuz ƏSA teatrında, aktrisalıqdan keçdi?

- Bir məsəl var - yatsam, yuxuma girməzdi, bax belə. İncəsənət Universitetinə daxil olan xalam qızı ƏSA teatrı ilə məni tanış etdi. Həmin zaman artıq 1 il idi ki, ora fəaliyyət göstərirdi. Əslində ƏSA teatrına aktrisa kimi yox, öz ixtisasım – hüquqşünas üzrə müraciət etdim. Həmin vaxt gözdən əlillər üçün kompüter bilikləri almışdım.

Müraciət etmədən öncə “Zərif qəhrəman” adlı verilişə məni çəkmişdilər. Müraciət edəndə həmin videonu da göndərmişdim. Qeyddə yazmışdım ki, “məni tanıyın, sonra “yox” deyərsiniz”. Nihad Qulamzadə müraciətimə baxdıqda artıq beynində “Klara” obrazı canlanmışdı.

- Beləliklə, Klara obrazı yarandı və siz ƏSA teatrına gəldiniz...

-  Bəli. Nihad bəy Klara obrazına monoloq yazıb, hər şeyi hazır etdikdən sonra məni dəvət etdi. Həyatımda həmən gün dönüş nöqtəsi oldu. Tamam fərqli bir həyata qədəm qoydum.

Bir düşünün: hüquqşünassınız və nazirliklərin birində işləyirsiniz. Gözləriniz tutulur, qaranlığa qərq olursunuz. Artıq yalnız evdə oturub qaranlıqla mübarizə apardığınız dönəmdə ƏSA teatrı çıxır və sizə bir işıq tutur. İşləməyə başlayırsınız. Bilirsiniz, bu mənim həyatımı 180 dərəcə dəyişdi.

- Sizin üçün həssas mövzudur. Amma bir az da keçən günlərdən danışaq. Görmə qabiliyyətinizi itirməyiniz necə baş verdi?

- Dünyada yeganə tam görmə məhdudiyyətli aktrisayam. Bu, bir neçə ay əvvəl rəsmi təsdiqini tapdı. Amerikalı teatr mütəxəssisi teatrımıza gəlmişdi. O, təsdiq etdi ki, görmə qabiliyyətini tamamilə itirən yeganə teatr adamı mənəm. Yanvarın 10-da düz 10 il tamam oldu ki, tamamilə görmə məhdudiyyətliyəm. Bir səhər oyandım və dünya tamamilə qaranlıq oldu.

Ana bətnində yaranan xəstəlik nəticəsində görmə sinirim zədələnib. Bu özünü 16-17 yaş arasında göstərdi. Həkimlər sonradan bildirdi ki, çox kitab oxumaq olmazdı. Mən də çox kitab oxuduğuma görə sinir geriləməyə başlayıb. Nəticədə 37 yaşımda görmə qabiliyyətimi tamamilə itirdim.

- Deməli, nə ilə qarşılaşacağınızı bilib, buna hazırlaşırdınız.

- Bəli, mən bunun olacağını bilirdim və ona doğru gedirdim. Sağ gözümdə çox azca görmə var idi. 36 yaşımdan həmin gözümü bağlayıb, ev işləri görməyə başladım. Öyrəşməkdən ötrü görən gözümü də şal vasitəsilə bağlayıb özümü tamamilə görmə məhdudiyyətli həyata öyrətməyə başladım. Dəniz quldurları olur e, bax o cür... Bütün məişət işlərini bu formada görməyə başladım. Mətbəxdə soyuq su daim açıq qalırdı. Çünki əlimi tez-tez yandırırdım, soyuq su dadıma çatırdı...

Ta ki, görmə qabiliyyətimi tamam itirdiyim günə qədər belə davam etdim. Bir qadın evdə nə edə bilərsə, hamısını gözü bağlı şəkildə edirdim. Çünki bilirdim ki, çox qısa müddət qalıb. Ona görə hazırlaşırdım. Min şükür ki, artıq hər şeyi özüm etməyi bacarıram.

- Bir səhər oyandınız və dünya qaralıq oldu. Bu hadisədən əvvəlki günləri necə xatırlayırsınız? Gözünüzün tutulacağını bilirdiniz, bu dövrdə nələr etdiniz?

- Bu hadisədən tam bir həftə əvvəl ən çox sevdiyim filmlərə baxmağa başladım. Yoldaşımla toyumuza baxdım. Toy şəkillərimizə, qızımın şəkillərinə, güzgüdə özümü izlədim. Hamısını bacardıqca yaddaşıma köçürdüm. Çünki bilirdim ki, onları bir daha görməyəcəm. Tam bir həftə ancaq sevdiyim işlərlə məşğul oldum.

- Günay xanım, teatrına gəlişinizlə bağlı verdiyiniz qərara ailəniz necə qarşıladı?

- Ən böyük dəstəkcim atam olub. Nə qərar qəbul etsəm, atam həmişə deyib ki, sənin yanındayam. Bir tək maneə yoldaşım olub. Bu qərarımı ona necə deyim deyə düşünürdüm. Çünki nəsildə, qohum-əqrəbada aktrisa olan adam yoxdu.

İllərlə səhnəyə çıxmağımı ailəmdən gizlətmişəm. Anam sağ olsaydı, qətiyyən qoymazdı, hətta bilsəydi, bu mənim üçün ən vacib amildir, yenə də qoymazdı. Əvvəllər müsahibə verəndə gecə-gündüz dua edirdim ki, inşallah, evdəkilər görməz. Çünki evdə heç kəsin xəbəri yox idi.

Söhbətə elə xalam qızı başladı. Mənə Klara obrazını təklif edildiyini dedi. Yoldaşım düşündü və dedi ki, get də, onsuz bacarmayacaqsan. O inanmadı ki, görməyən adam nə isə bacarar.

- Sizi səhnədə ilk dəfə görəndə necə reaksiya verdi?

- Obrazımla bağlı heç bir şey demədim. Bütün səhnə çıxışımı gizlətmişdim. Yoldaşım səhnədə Klaranı görəndə sonra mənə bir dənə dedi ki, sən bu işin öhdəsindən gəldin. Mən hamıya sübut etdim ki, bunun arxasınca getməliyəm.

Məşhur ssenaristimiz Elxan Xanəlizadə ilə bu gün də çalışırıq. Mənim üçün çox gözəl monoloqlar, müxtəlif qadın obrazları yaradır.

Həyat gözəldir və yaşamağa dəyər.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Oxşar xəbərlər