Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyənlərin məhkəməsi yekunlaşıb. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
31 yaşlı Vüqar Tağızadə 1 il 5 ay 28 gün, 26 yaşlı Allahverdi Məmmədli isə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar 2022-ci il 19 yanvar tarixində Metropolitenin “İçərişəhər” stansiyasının qarşısında quraşdırılan heykələ zərər vurmuşdular.