Dünya miqyasında tanınan məşhur televiziya musiqi yarışması Azərbaycanda növbəti dəfə keçiriləcək. “Səs Azərbaycan” musiqi yarışmasının seçim mərhələsinə start verilir. Bu haqda BakuPlus.az bu gün, 25 iyun tarixində xəbər verir.
Layihənin Bakı seçimləri 16-17 iyul tarixlərində saat 11:00-da İctimai Televiziya kanalının binasında baş tutacaq.
Seçimlərdə milli mahnıları ifa edən, yaşı 16-60 arasında olan səs sahibləri iştirak edə bilər.
Yarışmanın seçimlərində iştirak edənlərin musiqi təhsilinin olması vacib deyil.
İştirakçılara uğurlar arzu edirik!