Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranların məhkəməsi başlayıb. Bu haqda 11 may tarixində Report məlumat verib.
Səbail rayonu ərazisində yanvarın 18-də ucaldılan Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran 31 yaşlı Vüqar Tağızadə və 26 yaşlı Allahverdi Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Səbail Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası mayın 13-nə təyin edilib.
Saxlanılanlar yanvar ayında heykəlin təsbeh elementini qoparıblar. Onlar barəsində Cinayət Məcəlləsinin “Xuliqanlıq” və “Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama” maddələri ilə təqsirləndiriliblər.