Bakı Apellyasiya Məhkəməsində 22 yaşlı gənci idman zalında qətlə yetirməkdə təqsirləndirilən Əli Abbasovun hökmündən verilən şikayət üzrə məhkəmə prosesi keçirilib. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib, A.Abbasovun apellyasiya şikayəti təmin edilməyib.
Daha öncə məlum olub ki, 22 yaşlı Bəxtiyar Nəsibovu öldürməkdə təqsirləndirilən Əli Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Xətai rayonunda 2021-ci il martın 1-də Bakı şəhər sakini Əli Abbasov N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən dava edib. Həmin zalda idman edən 22 yaşlı Bəxtiyar Nəsibov mübahisə zamanı Abbasova bədən xəsarətləri yetirib. Sonra Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovun döş qəfəsinə üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb.