top
Həkimlərimizin 70%-i Bakıya toplaşıb - Onları regionlardan qaçırdan SƏBƏBLƏR
06 yanvar 2025, 03:36
- ↺ +

Həkimlərimizin 70%-i Bakıya toplaşıb - Onları regionlardan qaçırdan SƏBƏBLƏR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov ötən gün bildirib ki, ölkədəki həkimlərin 60-70 faizi son 4-5 ildə Bakıda cəmlənib. O, Azərbaycan regionlarında həkim çatışmazlığı olduğunu deyib.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumatlar da həkimlərin böyük hissəsinin Bakıda olduğunu sübut edir.

Komitənin məlumatına görə, 2024-cü ilin əvvəlində Azərbaycanda 33645 həkim olub. Onların 67 faizi - 23 minə yaxını Bakıdadır. Paytaxtda həkimlərin ən çox olduğu rayonlar Nəsimi və Yasamaldır.

Sumqayıtda 1458, Abşeronda 417 həkim var. Regionlardan ən çox həkimin olduğu bölgələr Gəncə (1135), Naxçıvan (445), Mingəçevir (392), Lənkəran (336), Şəmkir (324), Şəkidir (305).

Bütün Azərbaycanda əhalinin 10 min nəfərinə düşən həkim sayı 33 olduğu halda Bakıda şəhərində bu rəqəm 97, Nəsimi rayonunda 291-dir.

Regionlarda həkimlər işə necə götürülür?

TƏBİB-dən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyindəki müəssisələrə tibb və qeyri-tibb işçilərinin işə qəbulu həmin müəssisələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılır:

"Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 17 092 həkim fəaliyyət göstərir. Bununla belə, bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən dar ixtisaslar üzrə həkim kadrlarının çatışmazlığı müşahidə edilməkdədir. Mövcud olan çatışmazlığın aradan qaldırılması istiqamətində TƏBİB tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülür”.

İşə qəbul prosesinin optimallaşdırılmasının təmin edilməsi məqsədilə “Karyera portalı” istifadəyə verilib və TƏBİB-in tabeliyindəki müəssisələrin həmin portala çıxışı təmin olunub. Müəssisələr tərəfindən tibb və qeyri-tibb vəzifələri üzrə müvafiq vakansiyalar haqqında elanlar vaxtaşırı, “Karyera portalı”nda yerləşdirilir. Namizədlər həmin portalda qeydiyyatdan keçərək şəxsi kabineti formalaşdıra və müvafiq vakansiyalara müraciət edə bilərlər. Eyni zamanda, TƏBİB-in sosial şəbəkə hesabları vasitəsilə də bütün vakansiyalar ictimaiyyətlə paylaşılır”.

Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri Məlahət İbrahimqızı deyib ki, bildirib ki, rayonlarda çalışmaq üçün çox vətənpərvər olmaq lazımdır.

Məlahət İbrahimqızı bildirib ki, regionlarda həkim çatışmazlığı problemini bir səbəblə dəyərləndirmək olmaz: “Ən vacib məsələlərdən birincisi müasir standartlara cavab verən, təhsilini xaricdə davam etdirən həkimlərin əksəriyyəti regionlara getməyə önəm vermirlər. Rayonlara getmək, çətin şərait olsa da çalışmaq üçün çox vətənpərvər olmaq lazımdır. Bu məsələnin tək səbəbi deyil. Türkiyədə də ucqar şəhərlər və mərkəzi şəhərlər var. Türkiyə və Azərbaycan ərazi cəhətdən müqayisə edilə bilməz, terrorun çox olduğu yerlərdə belə həkimlər təyinat üzrə fəaliyyət göstərirlər. Əgər tələbəni dövlət oxudursa, onların dövlət qarşısında borcu var. Hamının oxuyub ancaq Bakıda, Sumqayıtda qalması düzgün deyil. Ona görə də ciddi həkim çatışmazlığı yaşanır. səbəblərdən biri də maaş məsələsi ilə bağlıdır. Həkimlərə getdikləri yerdə bir sıra güzəştlər edilməlidir ki, savadlı həkimlərimiz regionlara getməkdə maraqlı olsun”.

Millət vəkili Müşfiq Məmmədli isə deyib ki, sözügedən problemin obyektiv və subyektiv səbəbləri var:

“Obyektiv səbəbləri ondan ibarətdir ki, iqtisadi inkişafın spesifikası, xarakteri ilə əlaqədar olaraq bütün dünyan ölkələrində iqtisadi miqrasiya prosesləri baş verir. Ölkə daxilində istehsalın təmərküzləşdiyi, iş imkanlarının daha çox olduğu bölgələrə insan axını prosesləri baş verir. Bakı, Sumqayıt, Abşeron yarımadası iqtisadi fəallığın yüksək olduğu ərazi olduğuna görə, regionlardan əhalinin bu əraziyə axını son illərdə gözlə görülən səviyyədə çox olub. Bu təkcə Azərbaycan üçün yox, bütün dünya ölkələri üçün bazar iqtisadiyyatının xarakterik spesifik əlamətlərindəndir. Biz bunu qonşu ölkələrdə də görə bilirik. Türkiyədə, Rusiyada, İranda, eləcə də inkişaf etmiş qərb ölkələrində bu prosesi müşahidə etmək mümkündür. Bu da həmin bölgədə, maddi-texniki bazanın yüksək olması, istər dövlət, istərsə də özəl sektorda böyük tibb müəssisələrinin olmasına gətirib çıxarır. Hər bir həkimin karyera inkişafı və maddi rifah halını daha çox iqtisadi fəallıq olan bölgədə yüksəltmə ehtimalı daha çoxdur. Bu bütün dünya ölkələri üçün xarakterikdir”.

M.Məmmədli qeyd edib ki, digər məsələ subyektiv amillərlə bağlıdır:

“Regionlarımzda da inkişaf etmiş xəstəxanalar var. Cənab Prezidentin bu sahəyə son onilliklərdə bu sahəyə ciddi diqqət etməsi nəticəsində səhiyyə infrastrukturu ən ucqar bölgələrimizdə belə yüksək səviyyədə inkişaf etmişdir.Burada həkim çatışmazlığı amilinə səbəb digər dünya ölkələrində həkim qıtlığı ilə əlaqədar olan məsələlərdir ki, burada Avropa ölkələrini də göstərə bilərik. Son illərə qədər qonşu Türkiyədə də həkim axını var idi. Burada karyera inkişafı və iqtisadi miqrasiya olurdu. Həkimlik peşəsi uzunmüddətli təhsil və zəhmət tələb edən sahədir. TƏBİB-in icraçı direktorunun müavininin bu istiqamətdə açıqlamaları da məsələnin fikirlə ifadəsidir”.

Deputat bildirib ki, məsələnin həlli istiqamətində addımlar atılmalıdır:

“Birinci olaraq regionlarda inkişaf etmiş infrastruktur qurulduqdan sonra müəyyən iqtisadi tənzimləmələrlə, maaşlara əlavələrlə, həkimlərin ipoteka kreditlərini əlçatanlığını artırmaqla, ev təminatı məsələlərində addımlar atmaqla, regionlarda işin təşklində daha çevik addımlar atmaqla regionlara həkimləri clb etməyimiz və həkim çatışmazlığını aradan qaldırmağımız mümkündür. İkinci məsələ Rusiyada, Ukraynada və Belarusiyada təhsil alıb rezidenturada obyektiv və subyektiv  maneələrlə üzləşən həkimlərimiz barədə insan sağlamlığını öndə tutmaq şərti ilə bu istiqamətdə müəyyən çevik addımlar atılmalıdır. Sonrakı proseslər nəticəsində onları səhiyyə sistemimizə qazandırmağımız mümkündür”.

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər