Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.
Bakuplus.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Toplantıda xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş 34 nümayəndəsi iştirak edib.
Tədbirdə 2024-cü il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb, o cümlədən attaşelərin ölkəmizin müxtəlif ərazilərinə etdikləri ziyarətlər barədə geniş məlumat verilib. Növbəti ildə icra olunacaq fəaliyyətlər, həmçinin perspektivli planlar haqqında ətraflı fikir mübadiləsi aparılıb və hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.