Heydər Əliyev Beynəlxalq Aeroportunun Rabitə İdarəsinin elektriki, E.S. 102 qaynar xəttinə zəng vuraraq intihar həddinə çatdırıldığını bildirib. Bu haqda bu gün, 14 iyun tarixində Kriminalqafqaz məlumat verib.
E.S. verdiyi məlumata görə, o, mart ayından idarə rəisi tərəfindən incidilir. O, martın 1-də şöbə rəisi Y.O. ilə mübahisə etdiyini və iş vaxtı yatdığına görə dəfələrlə cəzalandırıldığını bildirib. İntihar niyyətində olduğunu deyən hava limanının işçisi polisdən müdaxilə etməyi xahiş edib.
Aeroportun rabitə şöbəsindən verilən məlumata görə, E.S. işə məsuliyyətsiz yanaşmasına görə dəfələrlə intizam məsuliyyətinə cəlb edilib. 6 ay əvvəl işində yol verdiyi nöqsanlara görə onun vəzifəsi aşağı salınıb. Üç ay əvvəl də eyni səhvə görə ona şiddətli töhmət verilib. 1 ay əvvəl və 10 gün əvvəl aparılan sonuncu yoxlama zamanı onun iş yerində yatması, həmçinin meyilli vəziyyətdə istirahət etməsi müəyyən edilib və bu barədə müvafiq protokol tərtib edilib.
Daxil olunan müraciətlə bağlı araşdırma aparılır.