Heydər Əliyev Sarayında kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sarayın direktoru Ramil Qasımov tutduğu vəzifədən azad olunub. Onun əmək müqaviləsinin müddətinin bitdiyi üçün işdən çıxarıldığı bildirilir.
Ramil Qasımov sözügedən vəzifədə 2020-ci ilin dekabr ayından çalışırdı.