Hindistan şirkəti Bakıda film çəkir. Bu haqda BakuPlus.az bu gün, 25 aprel tarixində xəbər verir.
Azərbaycan Mədəniyyət Nazirliyindən verilən məlumata əsasən nazirliyin tabeliyində fəaliyyət göstərən "Filming Azerbaijan" MMC bu günlərdə Hindistanın "Edgestorm Production Company" şirkəti ilə birgə "Kakp" bədii filminin Azərbaycanda çəkilişlərini həyata keçirir.
Çəkilişlər paytaxtın müxtəlif yerlərində, o cümlədən Tibb Universitetində, Heydər Əliyev Mərkəzində, eləcə də ölkənin müxtəlif bölgələrində aparılır.
[caption id="attachment_41978" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]