Azərbaycan Hava Yolları"nın Aktauda qəzaya uğrayan "Embraer 190" təyyarəsinin həlak olan ekipaj üzvləri II Fəxri Xiyabanda dəfn olunacaqlar.
Modern.az xəbər verir ki, pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyevanın dəfninin təntənəli şəkildə təşkil olunacağı bildirilir.
Qəhrəman ekipaj üzvlərinin adlarının əbədiləşdiriləcəyi, onlara şəhid statusunun veriləcəyi və təltif olunacaqları da gözlənilir.