top
İldırımzadənin işində adı hallanan qadın intihar edibmiş
26 noyabr 2024, 06:28
- ↺ +

İldırımzadənin işində adı hallanan qadın intihar edibmiş

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım və onunla birgə ittiham olunan iki nəfərin məhkəməsi başlayıb.

Qafqazinfo.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən birinci iclasda müdafiə tərəfi bir sıra vəsatətlər qaldırıb.

Rasim İldırım​zadə kimi tanınan polkovnik Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Piriyevlə birgə mühakimə edilir. İttihama görə, onlar iş adamı Q.Piriyevi rayonların birinə icra başçısı təyin edilməsinə köməklik edəcəkləri vədi ilə aldadıb, onun 510 min manat pulunu, 34 min manatlıq qızıl-zinət əşyalarını dələduzluqla ələ keçiriblər. Təqsirləndirilən şəxslər əvvəl həbs edilsələr də, sonradan nəzarət şərti ilə sərbəst buraxılıblar.

Adıçəkilən şəxslərdən başqa, bu iş üzrə Balakən rayon sakini Hürü Əmiraslanova da cinayət məsuliyyətinə cəlb olunubmuş. Məlum olub ki, H.Əmiraslanova istintaq dövründə “uksus”​ içərək həyatına qəsd edib. Onun cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Təqsirləndirilən şəxslər qeyd olunan vaxtda məhkəmə zalında olsalar da, zərərçəkmiş şəxs məhkəməyə gəlməyib. Amma o, vəkili Sadiq Rəsulov vasitəsilə sistemə vəsatət yerləşdirib. Zərərçəkmiş Piriyev Rasim İldırım, Zaur Mirzəzadə və Qoşqar Məmmədovun həbs edilməsini istəyir.  Vəsatət həm ziyanın tam ödənilməməsi, həm də məhkəmədən yayına biləcəkləri ehtimalının qarşısını almaq üçün verilib.

Amma işə yeni vəkil qoşulduğu üçün onun iş materialları ilə tanış olması məqsədilə proses təxirə salınıb. Bu səbəbdən təqsirləndirilən şəxslərin həbsdə və ya sərbəst mühakimə edilməsinə hələ qərar verilməyib.

Məlumat üçün bildirək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.

Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də “bakutime.az”, “xalq.az” adlı saytların rəhbəridir. O, 2 il əvvəl elə dələduzluq ittihamı ilə məhkum edilmişdi. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək cinayət işinə xitam verilib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər