top
İqtisadçı Rəşad Həsənov: “Kərə yağının idxaldan asılılığı qiymət artmasını şərtləndirən amillərdəndir” - ÖZƏL AÇIQLAMA
03 dekabr 2024, 04:49
- ↺ +

İqtisadçı Rəşad Həsənov: “Kərə yağının idxaldan asılılığı qiymət artmasını şərtləndirən amillərdəndir” - ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda kərə yağı kəskin bahalaşıb. Son 2-3 ayda qiymətlər təxminən 30 faiz artıb. Əvvəllər 19 manata satılan yağı indi alıcılara 24 manata təklif edilir. Azərbaycanda kərə yağının qiymətinin son dövrlərdə kəskin artması həm yerli istehsal, həm də idxal bazarındakı dəyişikliklərə bağlı bir neçə səbəbdən irəli gəlir.

Azərbaycan kərə yağını özü də istehsal edir, amma tələbat idxalın köməyi ilə ödənilir. Ölkəmizə kərə yağı əsasən Ukrayna və Belarusdan gəlir.

Qeyd edək ki, son 1 ildə bütün dünyada ağartı məhsullarının qiymətində kəskin artım müşahidə edilir. Yəni xammalın qiyməti artdığından yağ da bahalaşıb. Amma məsələ burasındadır ki, idxal olunan yağın qiyməti ilə mağazalarda satılan yağın qiyməti arasında kəskin fərq var. Halbuki dövlət yağ idxalı ilə məşğul olan sahibkarlara güzəştli rüsum da tətbiq edib. Yəni bu sahə ilə məşğul olanlar üçün gömrük rüsumları çox deyil.

Bəs görəsən, kərə yağı niyə bahadır? Daxili istehsalımız nə dərəcədə tələbatı ödəyir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, kərə yağının qiymətinin artması bir sıra səbəblərdən qaynaqlanır:

[caption id="attachment_160775" align="alignnone" width="640"]Rəşad Həsənov Rəşad Həsənov[/caption]

“Dünyada 2024-cü ilin xüsusilə may ayından sonra südün qiyməti artmağa başladı. Bu tendensiya daxili bazarlarda da hiss olunur. Azərbaycanda da südün qiyməti artdı. Bu, birbaşa olaraq süd məhsullarının, o cümlədən kərə yağının mayə dəyərinin artmasını şərtləndirən əsas faktordur.

Digər tərəfdən Azərbaycanda 2024-cü ildə kərə yağının idxalında 9 dəfə artım vardır. Bu, kiçik Azərbaycan bazarı üçün böyük təzyiqdir. Bu artım Rusiya bazarlarındakı qıtlığın yaranmasından qaynaqlanır. Azərbaycandan ixrac olunan kərə yağının 95 faizi Rusiyaya ixrac olunur”.

İqtisadçı bildirib ki, kərə yağının idxaldan asılılığı da qiymət artmasını şərtləndirən amillərdəndir:

“Azərbaycanda il ərzində 42 min ton kərə yağı istifadə olunur. 65 faizi və ya 27 min tonu yerli istehsalın payına düşür. 2024-cü il üçün 6-7 min tonluq ixrac riski yaranır. Bu o deməkdir ki, ölkədə istehsal olunan yağın 20 faizdən artıq bir hissəsi ixraca yönəlir. Deməli əvvəlki illərlə müqayisədə idxaldan asılılıq artıb.

2023-cü ildə yağ idxalı 15-16 min olubsa, bu il 20 minə qalxmalıdır. Dünya bazarında məhsulun bahalaşması idxal olunan malların da bahalaşmasına gətirib çıxarır.

İdxal olunan yağın qiyməti ilə pərakəndə satışdakının qiyməti ilə müqayisə edilməsi asan deyil.  Dövlət Gömrük Komitəsi yalnız idxal olunan yağın həcmi və dəyərini açıqlayır. Bazarlarda təklif bolluğunu yaradacaq liberal mühitin olmaması və rəqabətin zəif olması burada mənfəət normasının daha yuxarı olmasını şərtləndirir, optimallaşmasını əngəlləyir”.

“İlin birinci yarısında yağın qiymətlərində ucuzlaşma, ikinci yarısında bahalaşma müşahidə olundu. Bu da onu göstərir ki, əslində daxili bazarlar müəyyən mənada mövcud vəziyyətə görə reaksiya verir. Amma eyni zamanda daxili bazarların kifayət qədər liberal olmaması təklifin zəif olduğu, qıtlığın hiss olunduğu dövrlərdə qiymətin daha sürətli artımını şərtləndirə bilir. Bu da bir gerçəklikdir. Heyvandarlıqda intensivliyin artırılması yerli istehsalın artmasına gətirib çıxara bilər”, - deyə R.Həsənov fikrini tamamlayıb.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Oxşar xəbərlər